İlham Əliyevdən İrana mesaj - Cənubi azərbaycanlılarla bağlı
"Bakı hər zaman antiazərbaycan addımlara cavab verəcək".
32gun.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev “Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransında deyib.
Belə ki, Dövlət Başçısı, İranın ölkə sərhədində növbəti təlimlərindən danışıb: "Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi".
"İstər bəyanat olsun, istərsə də hərəkət olsun, Azərbaycan əleyhinə istənilən addıma biz həmişə cavab vermişik və cavab verəcəyik. Biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamışıq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim millətin bir parçasıdır”.
Nurlan Şiraliyev