İDMAN
16 yaşlı cüdoçunu öldürən idmançının atası “Dinamo”dan uzaqlaşdırıldı
2006-ci il təvəllüdlü Turan Rüstəmovu bıçaq zərbələri vururaq öldürən 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun atası Elçin Səfixanov çalışdığı Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətindən uzaqlaşdırılıb.
32gun.az-a verilən məlumatda iddia edilir ki, əməkdar məşqçinin cəmiyyətdən uzaqlaşma barədə qərar rəhbərliyə məxsusdur.
Xatırladaq ki, Noyabrın 26-da saat 17 radələrində Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində 2002-ci il təvəllüdlü Ruslan Səfixanov Yevlax rayon sakini 2006-ci il təvəllüdlü, cüdoçu Turan Rüstəmovu yarış vaxtı tribunada bıçaqlayaraq öldürüb.
Nilay