İDMAN

TRT-nin idman şərhçisi efirdən uzaqlaşdırıldı - Bu ifadəsinə görə

TRT-nin futbol şərhçisi söylədiyi ifadəyə görə efirdən uzaqlaşdırılıb.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kanada-Mərakeş matçının 4-cü dəqiqəsində qol vurulduqdan sonra diktor Alper Bakırcıgil dünya çempionatı tarixinin ən erkən qolunun Hakan Şükür tərəfindən vurulduğun bildirib. Bu da onun uzaqlaşdırılmasına səbəb olub.

Belə ki, bunun ardınca oyunun ikinci hissəsini Cüneyt Kıran adlı digər diktor şərh edib.

Qeyd edək ki, Hakan Şükürün 2016-cı ildə FETÖ-çülərin istifadə etdiyi və Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən deşifrə edilən “ByLock” istifadəçisi olduğu müəyyən edilmişdi.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər