SİYASƏT

Lavrov Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasından DANIŞDI - VİDEO

"Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır".

32gun.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı söyləyib.

"Biz nəqliyyat əlaqələrinin açılmasına, sərhədin delimitasiyasına, sülh müqaviləsinin bağlanmasına və ümumilikdə etimad tədbirlərinin gücləndirilməsinə, o cümlədən iki ölkə arasında əlaqələrin inkişafı üçün mümkün olan hər şeyi etməkdə maraqlıyıq” - deyə, Lavrov bildirib.

Görüş əvvəlcə iki nazir arasında təkbətək baş tutub, ardınca geniş tərkibdə davam etdirilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər