İDMAN

Argentina-Niderland matçının hakiminə CƏZA VERİLDİ

Argentina-Niderland matçını idarə edən ispaniyalı baş hakim Mateus Laos DÇ-2022-nin digər oyunlarında iştirak etməyəcək.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, hakimi olduğu Argentina-Niderland matçında verdiyi qərarlar və ötən günlərdə göstərdiyi 17 sarı vərəqə ilə tənqid olunan Mateus Laos matçın sonunda Messinin hədəfi olub.

Argentinalı ulduz Laos üçün "Bu səviyyədə bir matça belə hakim verə bilməzsiniz. Hakimlə bağlı fikir bildirsəm, cəzalandırılacağam" ifadələrini söyləyib. Argentinanın qapıçısı Emiliano Martinez, "Laos dünya çempionatında gördüyüm ən pis hakim idi. O, matçın heç-heçə bitməsi üçün 10 dəqiqə əlavə vaxt verdi" - deyərək sözlərinə davam edib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər