SİYASƏT

Serbiya prezidenti Putindən kömək istəyib?

"Serbiya prezidenti Aleksandr Vuçiç Kosovodakı vəziyyətlə bağlı rusiyalı həmkarı Vladimir Putinə müraciət etməyib".

32gun.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Kosovo serblərinin bütün hüquqlarının mütləq şəkildə təmin edilməsinin, tərəflərin üzərinə götürdüyü bütün öhdəliklərin sənədlərə uyğun şəkildə yerinə yetirilməsinə tərəfdarıq” - deyə, Peskov sözlərinə davam edib.

Həmçinin, o, qeyd edib ki, Rusiya üçün əsas məsələ serblərin maraqlarını təmin etməkdir. Eyni zamanda Moskva tərəflərin dinc xarakterli səylərini və diplomatik kanallar vasitəsilə nizamlanmanı dəstəkləyir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər