İDMAN

Lionel Messidən futbol dünyasını sarsıdan qərar - Bu onun son oyunudur

Argentinalı ulduz futbolçu Lionel Messi DÇ-2022-in final matçından danışıb.

32gun.az xəbər verir ki, o, bazar günü keçiriləcək final oyununda Argentina formasını sonuncu dəfə geyinəcəyini bildirib.

35 yaşlı futbolçu Xorvatiya üzərindəki qələbədən sonra "Hər şey həyəcanlı idi. DÇ-dakı son oyunumu final matçı ilə başa vuracağam. Başqa dünya çempionatı keçirə bilmərəm. Bunu belə başa vurmaq ən yaxşısı olacaq" - deyə, sözlərinə davam edib.

Qeyd edək ki, Messi dünya çempionatında ən çox qol vuran argentinalı oyunçu kimi tarixə düşüb.

Bildirək ki, Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bu məsələ ilə bağlı ulduz futbolçudan müsbət mesaj gəlməyib. Argentinalı futbolçu kolleksiyasında yeganə çatışmayan Dünya Kubokunu alarsa, mövsümün sonunda futbolu tərk edə bilər. Messinin Avropa futbolunda karyerasının 2023-cü ildə başa çatması ehtimalı yüksəkdir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər