SİYASƏT

Britaniya səfiri şəhid hərbçimizlə bağlı başsağlığı verdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi ilə bağlı başsağlığı verib.

32gun.az xəbər verir ki, səfir bununla bağlı öz tviter hesabında paylaşım edib.

“Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və şəhidin olması xəbəri məni kədərləndirdi. Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara şəfa diləyirəm”, - deyə səfir qeyd edib.

Oxşar Xəbərlər