POLİS HƏRƏKƏTƏ KEÇDİ! Məktəb direktorunun səsini kim yayıb? (AUDİO)
"Məktəb direktorunun yayılan səs yazısı ilə bağlı araşdırma aparılır".
32gun.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.
"Bu məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə açıqlama veriləcək. Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək", - o deyib.
Xatırladaq ki, bir müddət öncə Azərbaycanda məktəb direktorunun pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.
Həmin səs yazısı müəllimlərin olduğu votsap qrupuna atılıb. Səsin 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevaya aid olduğu bildirilir. Səs yazısında direktor müəllimlərə toplanmalı olan vəsaitin gecikdiyini xatırladıb və açıq şəkildə təzyiq göstərərək bu işi tezləşdirməyi tapşırıb.