İDMAN
Messinin bu FOTOSU rekord qırdı
Argentinalı futbolçu Lionel Messinin DÇ-2022-nin final matçı ilə bağlı paylaşımı rekord qırıb.
32gun.az xəbər verir ki, ulduz futbolçunun qalibiyyət paylaşımı "İnstagram" sosial şəbəkəsində ən populyar paylaşım olub.
Messinin fotosu 60 milyona yaxın bəyənmə alıb. Bununla da o, "İnstagram" tarixinin ən çox bəyəni toplayan - @world_record_egg hesabından paylaşılan "toyuq yumurtası" fotosunu geridə buraxıb.
Nurlan Şiraliyev