İDMAN

Fransa millisinin ulduz futbolçusu Türkiyənin bu klubuna transfer ediləcək

Türkiyənin "Eyüpspor" futbol klubu "Qalatasaray"ın Seneqal əsilli futbolçusu Bafetimbi Qomisi transfer etmək üçün hərəkətə keçib.

32gun.az xəbər verir ki, Qomisin "Qalatasaray"la müqaviləsinin mövsümün sonunda başa çatacağı bildirilir.

Eyni zamanda, Mauro İkardinin transferindən sonra start 11-dəki yerini itirən futbolçunun, ona gələcək təklifə "xeyr" deməyəcəyi düşünülür.

Bildirək ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Mauro İkardi, Haris Seferoviç və Bafetimbi Qomisin oxşar xüsusiyyətləri olan oyunçular olduğunu düşünür və fərqli forvard axtarışındadır.

Qeyd edək ki, Bafetimbi Qomis Seneqal əsilli Fransa milli futbolçusudur.

Nurlan Şiraliyev

@32gun.az

Oxşar Xəbərlər