KRİMİNAL

Məktəbdə dəhşət! 17 yaşlı oğlan anasını tapança ilə öldürdü

17 yaşlı oğlan anasını silahla vurub.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Samsundaki orta məktəblərdən birində baş verib.

Ərindən boşanan 3 uşaq anası sevgilisi ilə birlikdə övladlarının oxuduğu məktəbə yollanıb. Elə hadisə də bu zaman baş verib. Belə ki, anasının məktəbdə olduğundan xəbər tutan böyük oğlu A.A.Ö orta məktəbə gedərək anasını və onunla birlikdə gələn sevgilisini tapança ilə vurub. Olay zamanı 50 yaşlı Zerrin Büyük ölüb, sevgilisi Bilgin İ. isə ağır yaralanıb.

Yaralı xəstəxanaya aparılıb. Hadisəni törədə 17 yaşlı oğlan və onun atası polis tərəfindən saxlanılıb.

Nilay

 

Oxşar Xəbərlər