İDMAN
Messiyə 350 milyonluq təklif - Dünyanın ən çox maaş alan futbolçusu ola bilər
Argentinalı futbolçu Lionel Messiyə 350 milyon avro dəyərində maaş təklif edilə bilər.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, bu təkliflə Səudiyyə Ərəbistanını "Əl Hilal" klubu çıxış edib. Klub ulduz futbolçunu öz heyətinə qatmaq niyyətində olduğunu bildirib.
Bildirək ki, bu təklif "Əl Nəsr" klubunun Kriştiano Ronaldonu transfer etməsindən sonra ortaya çıxıb.
Qeyd edək ki, Argentinalı ulduz təklifi qəbul edərsə, ildə 250 milyon avro qazanan Ronaldonu geridə qoyaraq, futbol dünyasının ən çox maaş alan futbolçusu olacaq.
Nurlan Şiraliyev