Məktəblini döyərək, bıçaqlayan 7 nəfər həbs edildi - TƏFƏRRÜAT (VİDEO)
Xəbər verdiyimiz kimi, Türkiyədə məktəblilər arasında yaranan mübahisə qanla bitmişdi. 16 yaşlı Mustafa Çöplü ilə dostu eyni məktəbdə oxuduğu Mustafa K. və dostları tərəfindən döyülərək, bıçaqlanmışdı.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər şübhəli şəxs qismində saxlanılıb. Polis tərəfindən saxlanılan şübhəlilər Mustafa K., Mehmet K. və Fırat E.-nin hadisədə bıçaqdan istifadə etdiyi, Doğukan Y. və digərlərinin isə tapança çıxardığı, lakin istifadə etmədiyi öyrənilib. Sorğudan sonra ədliyyəyə sövq edilən 7 şübhəli məhkəmə tərəfindən həbs edilib.
Bildirək ki, hadisə nəticəsində bıçaqlanan M.Çöplü xəstəxanada dünyasını dəyişib. Dostu M.K.-nin müalicəsi davam etdirilir.
Qeyd edək ki, mübahisənin qız məsələsi üstündə olduğu iddia edilir.
Nurlan Şiraliyev
