Futbol qaydalarında tarixi DƏYİŞİKLİK
Futbol matçlarında başın toqquşması və baş nahiyəsindən aldığı zərbələrdən sonra baş verən sarsıntılarla bağlı yeni qərar alınacağı gündəmə gəlib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, müvəqqəti əvəzetmə sxeminə əsasən, beyin silkələnməsindən şübhələnən futbolçu başqası ilə əvəzlənəcək
Gedən oyunçu ilə bağlı problem olmasa, bu oyunçu yenidən oyuna daxil ola biləcək.
İldə bir dəfə toplanan, oyun qaydalarını dəyişdirən və ya yeni qaydaların tətbiqi ilə bağlı qərar qəbul edən IFAB İcraiyyə Şurası 8 üzvdən ibarətdir. Bu üzvlərin 4-ü Britaniyanın 4 federasiyasından, 4-ü isə FİFA tərəfindən təyin edilir. Bununla belə, bu təcrübənin sınaqdan keçirilməsi qərarını yanvarın 18-də toplanacaq 5 nəfərdən ibarət IFAB İcraiyyə Şurası da qəbul edə bilər.
Sürprizlə qarşılanan müvəqqəti dəyişiklik tətbiqi futbolsevərlər tərəfindən məntiqli qarşılanmayıb.
Nilufər