İDMAN
Putini əsəbləşdirəcək OLAY! ... pulu Ukrayna ordusuna bağışlandı
"Çelsi" futbol klubu Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Mixaylo Mudriki transfer edib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, "Şaxtyor" 100 milyon avroluq transferin 25 milyonunu Ukrayna ordusuna bağışlayıb.
Həmçinin, "Şaxtyor" və "Çelsi"nin "Donbass Arena"da oyun keçirməyi planlaşdırdığı bildirilib.
Bildirək ki, "Çelsi" rusiyalı oliqarx Roman Abramoviçin sayəsində ilə dünya brendinə çevrilmişdi. Eyni zamanda İngiltərə klubunun Ukraynaya yaxınlığı Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb kimi göstərilib.
Xatrıladaq ki, M.Mudrik Ukrayna milli komandasının üzvüdür.
Qeyd edək ki, "Çelsi" yeni sahibi amerikalı iş adamı Todd Boehlidir.
Nurlan Şiraliyev