İDMAN
“Qarabağ”dan Şahruddində bağlı üzücü xəbər
“Qarabağ” klubunun daha bir futbolçusu zədələnib.
32gun.az xəbər verir ki, əsas qapıçı Şahruddin Məhəmmədəliyev məşqdə ağır zədə alıb.
Belə ki, millimizin qapıçısının qolu sınıb. İlkin olaraq onun 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, bu gün səhər Ağdam klubunun daha bir futbolçusu Abbas Hüseynov da ciddi zədə alıb. Onun üçün mövsümün artıq başa çatdığı bildirilir.