SOSIAL
Polkovnik-leytenant vəfat etdi - FOTO
Azərbaycanda polkovnik-leytenant vəfat edib.
32gun.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Ramin Ələkbərov dekabrın 16-da gecə saatlarında ağciyər arteriyasının tromb emboliyasından vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən zabitin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.