Sosial şəbəkələrdə paylaşılan bir fotoşəkil minlərlə insanın uşaqlıq və gənclik xatirələrini canlandırıb.
32gun.az yazır ki, bir zamanlar hər evin əvəzolunmazı olan, xalq arasında "spiral peç" kimi tanınan bu cihaz həm qızınmaq, həm də çay və yemək hazırlamaq üçün istifadə edilirdi. İstifadəçilər bu peçlərin bəzən elektrik vurma təhlükəsi yaratmasına baxmayaraq, verdiyi səmimiyyəti və istiliyi hələ də unutmadıqlarını bildirirlər. Paylaşımın altındakı rəylərdə bu cihazın həm də bir dövrün çətinliklərini və birliyini simvolizə etdiyi vurğulanır.
Ayaz