Xəbər verdiyimiz kimi, ABŞ-ın "The Wall Street Journal” (WSJ) qəzetinin müxbiri Evan Gerşkoviç Rusiyada həbs edilib.
32gun.az xəbər verir ki, bu hadisənin ardınca "The Wall Street Journal” (WSJ) qəzeti qalmaqallı açıqlama yayıb.
Qəzet Rusiyanın ABŞ-dakı səfirini, eləcə də burada çalışan bütün rusiyalı jurnalistləri ölkədən çıxarmağa çağırıb.
Nəşrin yazdığına görə, ABŞ prezidenti Co Bayden hadisələrin diplomatik və siyasi eskalasiyası barədə düşünməli olacaq.
Nurlan Şiraliyev