Xəbər verdiyimiz kimi, aprelin 5-də Bakı-Salyan yolunda dəhşətli qəza baş verib. Nəticədə 4 nəfərə ölüb, 2 nəfər yaralanıb. Bildirək ki, vəfat edən şəxslərdən iki nəfəri sintizator ifaçısı Bayram Bağırsoyun anası və 3 yaşlı oğlu olub.
32gun.az xəbər verir ki, qəza zamanı dünyasını dəyişən azyaşlı ötən gün dəfn edilib.
Dəfndə B.Bağırsoyun həmkarları da iştirak edib. Müğənni Manaf Ağayev Bağırsoyun 3 yaşlı övladının nəşini qucağına götürərək məzara qoyub. Həmin anlar ətrafdakı şəxslər tərəfindən lentə alınıb.
Çarəsiz atanın durumu isə ürək dağlayıb.
Ayxan