"AZFEN-TTQ" MMC barəsində protokol hazırlanıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə (Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təqdim olunub.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Ələsgərov Xəlil Məhərrəm oğludur. 12.03.2003-cü ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, NİKİŞİN, ev 7, m. 3-dür.
Qeyd edək ki, sözügedən şirkət maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyəti ilə məşğuldur.
Ayxan