Azərbaycanlı bloqer Orxan Mirzəyevlə həmkarının, "parkovşik"ə qarşı etdiyi hərəkət sosial media istifadəçiləri tərəfindən qınaq obyektinə çevrilib.
32gun.az xəbər verir ki, söhbət bu yaxınlarda lentə alınan videodan gedir.
Belə ki, görüntüdə avtomobilə yaxınlaşan "parkovşik"in bloqerlər tərəfindən alçaldılması əks olunur.
Bildirək ki, çoxsaylı narazılıqlardan sonra sözügedən video bloqer tərəfindən silinib.
Ayxan