Bakı Nəqliyyat Agentliyi (BNA) barəsində protokol tərtib edilib.
32gun.az-ın əldə etdiyi məlumata görə, Cəfərov Rasim Eldar oğlu agentliyin verdiyi qərardan şikayətçi olub. Adıçəkilən vətəndaş məsələ ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
Bildirək ki, İXM-nin 346.1-ci maddəsi ilə (Yol Hərəkəti Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) hazırlanan protokol məhkəməyə təqdim olunub.
Nurlan Şiraliyev