Braziliyanın Parana əyalətinin Araukariya şəhərinin meri, 65 yaşlı Hissam Hüseyn Dehaini bağlı olduğu Vətəndaşlıq Partiyasından ayrıldığını açıqlayıb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, merin partiyadan istefa verməsinə səbəb son aylarda 16 yaşlı Kauane Rode Kamarqo adlı qızla evləndiyi üzə çıxdıqdan sonra yaranan etirazlar olub.
Həmçinin Dehaininin toyundan sonra yeni həyat yoldaşı Kauanenin anası Marielene Rode və bibisi Elizangela Rodenin vəzifələrini yüksəltdiyi iddia edilib.
Bildirilir ki, 65 yaşlı merin gənc həyat yoldaşı ötən il “Miss Araucaria” müsabiqəsində gənclər kateqoriyasında ikinci yeri tutub.
Ayxan