Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiya müvəqqəti olaraq dayandırılıb.
32gun.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdən sonra qərar verilib:
Bildirmək istəyirik ki, biz ekofəallar və gənc könüllülər tələblərimizə qismən nail olduğumuzu, eləcə də dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik.
Qeyd edək ki, görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib.
Nurlan Şiraliyev