KRİMİNAL

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Sabiq vəzifəli şəxsi öldürüb meşəyə atdılar - YENİLƏNİB

Mayın 3-ü Astarada meşəlik ərazidə 1969-cu il təvəllüdlü Astara rayon sakini Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

32gun.az xəbər verir ki, ilkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

E.Əzizlinin keçmiş bələdiyyə sədri olduğu və Astaranın kəndlərindən birində müəllim kimi fəaliyyət göstərdiyi bildirilib.

***

Astarada 54 yaşlı kişi itkin düşüb.

32gun.az xəbər verir ki, hadisə mayın 1-də rayonun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları polisə müraciət ediblər.

Hazırda E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Oxşar Xəbərlər