MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Onun kitabdakı cinsi həyatıyla bağlı etirafı məşhurları qorxutdu - Vəkilləri yazıçını hədələdi

ABŞ-lı müğənni Britni Spirsin avtobioqrafik kitabının payız aylarında işıq üzü görəcəyi açıqlanıb.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, kitabda Spirs uşaqlığını, ən həssas anlarını, Castin Timberleykdən ayrılığının onu necə sarsıtdığını, atasının qəyyumluğundan qurtulmaq uğrunda apardığı mübarizəni tam təfərrüatı ilə təsvir edəcəyi qeyd edilib. 

Müğənninin xatirələri ilə dünya gündəmini lərzəyə gətirəcəyi və kitabın Hollivud yazıçısı Sem Lanskinin tərəfindən yazıldığı bildirilib.

“The Sun”da çıxan xəbərə görə, 41 yaşlı Britni Spirs cinsi əlaqədə olduğu iki Hollivud ulduzunun vəkillərindən məktublar aldıqdan sonra nəşriyyat kitabı fəaliyyətini dayandırıb.

Bildiirlir ki, hələlik hansı məşhurların kitab üçün naşirlə əlaqə saxladığı bəlli deyil.

Digər mənbədə isə “Britnini tanıyan və onun yazdıqlarından qorxan insanlar tərəfindən naşirlərə sərt ifadələrlə hüquqi məktublar göndərilib”  deyə qeyd edilib.

Ayxan 

Britney Spears'ın otobiyografisi cinsel itiraf yüzünden ertelendi

Ekran Alıntısı

Oxşar Xəbərlər