SOSIAL ÖZ XƏBƏR

SOCAR-la dava edən, sabiq deputatın yaxını olan iş adamının oğlu barəsində PROTOKOL HAZIRLANDI

Salyanlı iş adamı. "Samir şirkəti" MMC-nin rəhbəri Azər Ağayevin oğlu məhkəməlik olub.

32gun.az-a daxil olan məlumata görə, iş adamının oğlu Samir Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin  529.3-cü maddəsi ilə (Idarəçilik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanaraq. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilib. 

Qeyd edək ki, Azər Ağayev SOCAR-la arasında baş verən qalmaqalla gündəm olmuşdu.

Mətbuatda gedən məlumatlara görə, A.Ağayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin torpaqlarını zəbt etməsi iddia edilirdi. 

Yayılan məlumatlarda bir neçə ay əvvəl iş adamı Azər Ağayevin barəsində hüquq-mühafizə orqanlarına şikayət göndərildiyi iddia edilib. Məlumatlara görə, Salyanın Qarabağlı, Kərimbəyli və Yolüstü kənd və qəsəbələrində geniş ticarət, restoran biznesi ilə məşğul olan iş adamı bir qrup kənd sakinini öyrədərək "Salyan Oil Ltd" əməliyyat şirkətinin bu ərazidə fəaliyyət göstərən ofisi önündə etiraz aksiyası keçirməsini təşkil etdirib. "O "Salyan Oil Ltd" əməliyyat şirkətinin balansında olan neft-qaz ərazilərində, yəni Salyan-Şirvan şossesinin kənarından keçən neft-qaz borularının üzərində "Azəri" şadlıq evi, restoran-kafe, ticarət mərkəzləri və super-marketlər inşa etdirib. Bu obyektlərin əksəriyyəti iş adamının oğlu Samir Ağayevin adına rəsmiləşdirilib. Bundan əlavə, sahibkar Kərimbəyli kəndi ərazisində yerləşən və "Salyan Oil Ltd" əməliyyat şirkətinin balansında olan süni gölü də rəhmətə getmiş bələdiyyə sədrinin imzası ilə saxta formada rəsmiləşdirib, aidiyyəti təşkilatlara təqdim edən zaman ifşa olunub. "Salyan Oil Ltd" əməliyyat şirkətinin, eləcə də rayon icra hakimiyyətinin bir neçə dəfə etdiyi xəbərdarlığa baxmayaraq, həmin ticarət və iaşə obyektləri fəaliyyətini hələ də davam etdirir", deyə məlumatda vurğulanıb.

Hətta A.Ağayevin adı Salyanın sabiq icra başçısı Tahir Kərimli ilə qalmaqalda hallanırdı. 

Mətbuatda gedən digər məlumatlara görə, A.Ağayev Salyanın  sabiq deputatı Əliağa Hüseynovvun adamı kimi tanınıb. 

Ayxan

Oxşar Xəbərlər