SOSIAL ÖZ XƏBƏR

Sabiq nazirin yaratdığı 100 minlik şirkət məhkəməlik oldu

Azərbaycanın məşhur distrubitor şirkəti “Unitrade Group” MMC barəsində inzibati iş başlanıb.

32gun.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) ilə ittiham olunur. 

İşə Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq. 

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində vəzifəli şəxslərin 150 manat məbləğində, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “Unitarede Group” MMC-nin 16 aprel 2004-cü ildə qeydiyyata alındığı göstərilib.

Şirkətin nizamnamə kapitalı 100 000 AZN, qanuni təmsilçisi isə Əliyev Fuad Şakir oğludur.

Fuad Əliyev həm də “İntend” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin nizamnamə kapitalı 10 000 AZN-dir. Şirkəti 8 aprel 2016-cı ildə qeydiyyata alınıb.

Fuad Əliyevin biznes kommunakisya şəbəkəsi olan “Linkedin” hesabında “İntend” MMC-nin direktoru olduğu qeyd edilib.

“Unitrade Group” MMC-nin rəsmi veb-səhifəsində şirkətin 1991-ci ildə “İmprotex Group” MMC tərəfindən yaradıldığı qeyd edilib. Məlumatda bildirilir ki, şirkət dünyanın ən məşhur brendləri olan BMW, MINI, Rolls-Royce, MAN, Yamaha, Lohr Industrie, Frayler Industrybau GmbH, Princess Yachts və digər şirkətlərin rəsmi distrubitoru olub. 

Məlum olur ki, şirkət əvvəllər “İDC” MMC, “İmprotex Group”dan ayrıldıqdan sonra isə “İDC 2000” MMC adı ilə fəaliyyət göstərib. 2019-cu ildə isə şirkətin adı “Unitrade Group” MMC-yə dəyişdirilib.

“Unitrade Group” MMC Azərbaycanda dünyanın ən iri istehlak malları istehsalçısı olan transmilli şirkət “Unilever” şirkətinin məhsullarının satışını həyata keçirir.

Şirkətin “İmprotex Group” MMC tərəfindən yaradılması onun keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olması barədə iddialara səbəb olub. 

Ayxan

Oxşar Xəbərlər