“Qubaekoaqrar” MMC barəsində porotokol hazırlanıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, Məmmədova Tünzalə Abdulla qızı zərərçəkmiş şəxs qismində adıçəkilən MMC ilə bağlı Quba Rayon Məhkkəməsinə müraciət edib.
Protokol İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (Idarəçilik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) irəli sürülüb.
Məhkəmə işinə Vüqar Seyidovun sədrliyi ilə baxılacaq.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi, Orucov Şahin Nüsrət oğludur. 16.01.2018-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Quba rayonu, Timiryazev qəsəbəsidir.
Əlavə məlumat üçün qeyd edək ki, zavod kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olur. “Qubaekoaqrar” MMC kənd təsərrüfatı mallarının istehsalı zavodu 2018-ci il oktyabrın 11-də istifadəyə verilib.
Nurlan Şiraliyev