“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC barəsində protokol tərtib edilib.
32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təqdim olunub.
Bildirək ki, nizamnamə kapitalı 50 AZN olan şirkətin qanuni təmsilçisi, Hüseynov Müşfiq Əmiralı oğludur. 05.09.2016-cı ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı Şəhəri Xətai Rayonu, Süleyman Vəzirov, ev 11E, m. 10-dur.
Qeyd edək ki, məhkəmə işinə Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılacaq.
Ayxan