SOSIAL ÖZ XƏBƏR

“Ocaq Oil Group” MMC - Məhkəməyə verildi

“Ocaq Oil Group” MMC barədə protokol tərtib edilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunub.

Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi, Orucov Üzeyir Vaqif oğludur. 26.05.2021-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 50F, m. 50F-dir.

Qeyd edək ki, məhkəmə işinə Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Ayxan

Oxşar Xəbərlər