"Azərbaycan Dəmir Yolları" QSC məhkəməlik olub.
32gun.az-a daxil olan məlumata görə, şikayətçi olan şəxs qurumun əməkdaşı Məmmədov Emin Cəlil oğludur.
O, işə bərpa edilmək üçün məhkəməyə üz tutub.
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baş tutacaq məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - İşə bərpadan ibarətdir.
Ayxan