Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun anasının bir müddət öncə sosial şəbəkədə etdiyi paylaşım ürək dağlayıb.
32gun.az bildirir ki, şəhidin adına açdığı "instagram" səhifəsində ana və oğlun birlikdə çaəkilmiş fotosu paylaşılıb və bu sözlər qeyd edilib:
"Qara gözlərinə qurban olduğum. Düşünmə ki, səni unutmuşam.
Biz hər zaman , bər an səni qəlbimizdə yaşadırıq. Sənin də yerinə nəfəs alırıq. Nurlar içində yat dərdim, can parçam hər zaman qəlbimizdəsən".
Qeyd edək ki, Səlimxan Bayramov 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gədən döyüşlərə yollanıb və Füzüli, Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə çox yüksək şücaətlə iştirak edib. 3 nəfər döyüş yoldaşları ilə erməni təcavüzkarlarından post alıb və o posta oz doğma şəhəri Sumqayıtın adın verib.
19 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən "Füzuli uğrunda", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Ayxan