Şəhid Vüqar Sadıqovun qızının (Sevinc) rəqsi hər kəsin marağına səbəb olub.
32gun.az xəbər verir ki, sözügedən görüntülər hərbi hissələrdən birində lentə alınıb.
Onu da qeyd edək ki, görüntüləri lentə alan şəxs Şəhid Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyevdir.
Xatırladaq ki, Vüqar Sadıqov (çavuş) 2020-ci il iyulun 12-də Tovuz istiqamətində baş verən İyul döyüşləri zamanı şəhid olub.

Daşqın Şəfiyev 2020-ci il noyabrın 5-də baş verən Laçın döyüşləri zamanı şəhid olub.

Nurlan Şiraliyev