Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ginekologiya-Doğum şöbəsinin mama-ginekoloqu Leyla Cəfərova məhkəməlik olub.
32gun.az bildirir ki, tanınmış həkim barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə (Dövlət Hakimiyyəti, Dövlət Qulluğu Mənafeyi Və Yerli Özünüidarə Orqanlarinda, Habelə Digər Kommersiya Və Qeyri-Kommersiya Təşkilatlarinda Qulluq Mənafeyi Əleyhinə Olan Cinayətlər (308-314)) ityiham olunur.
Məhkəmə işi Mingəçevir şğhər məhkəməsində Elza İbrahimzadəninnicraatına verilib.
Bildirək ki, Leyla Allahverdi qızı Cəfərova 02 avqust 1985-ci ildə Rusiya Federasiyasının Serov rayonunda anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb. 2009-2011-ci illərdə Ukrayna Respublikasının Kiyev şəhərində Diplomdan sonrakı Təhsil üzrə Şupik adına Milli Tibb Akademiyasının Klinik-Ordinaturasında mama-ginekologiya üzrə təhsilini davam etdirib.
O, 2012-ci ildə Mingəçevir ŞMX-nın Ginekologiya-Doğum şöbəsində mama-ginekoloq vəzifəsində əmək fəaliyyətinə başlayıb.
Ayxan