Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə verilib.
32gun.az-ın məlumatına görə, nazirliyin qurumunu məhkəməyə verən tərəf isə agentliyin keçmiş işçisi Təranə Hacıyeva Tofiq qızıdır.
O, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindəki işinə yenidən bərpa olunmasını və işdən çıxarıldığı dövrlər üçün əmək haqqı tələb edir.
İşə hakim Rəşad Qoşqarlı tərəfindən baxılacaq.
Ayxan