EKONOMİKS ÖZ XƏBƏR

"Azərenerjikomplektləşdirmə" MMC məhkəmə qarısında

"Azərenerjikomplektləşdirmə" MMC dövlət qurumu barəsində protokol tərtib edilib.

32gun.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. 

Protokol baxılması üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə   göndərilib. Məhkəmənin baxış iclası 14 iyun tarixinə təyin edilib.

Qeyd edək ki, "Azərenerjikomplektləşdirmə" MMC-nin qanuni təmsilçisi  Nahid Sultanovdur. 

Ayxan

Oxşar Xəbərlər