Azərbaycan Dövlət Sərhəd Xidməti Camaşırxana avadanlıqlarının təmir işləri ilə bağlı keçirdiyi tenderlərə yekun vurub.
32gun.az-ın məlumatına görə, tenderin qalibi VÜQAR ƏLİZAMİN OĞLU ƏLİYEV seçilib.
DSX ilə V.Əliyev arasında bağlanacaq satınalma müqavilələrinin toplam maliyyə dəyəri 71.814,8 AZN-dir.
Əldə etdiyimizməlumata görə, tenderin qalibi olan şəxsin 12625.12 AZN dövlətə vergi borcu var.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Ayxan