Kəndlilər arasında baş verən mübahisə güllələnmə ilə nəticələnib.
32gun.az xəbər verir ki hadisə Türkiyənin Sivas adlanan ərazisində baş verib.
Kartof sahəsində yaranan münaqişədə kəndlilərdən biri digərini tapança ilə vurub. Həmin anlar isə kənddəki təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Xoşbəxtlikdən kəndlinin həyatını xilas etmək mümkün olub.
Belə ki kənd bələdiyyəsi hadisə yerində olub və yaralını xəstəxanaya çatdırıb. Hadisəni törədən kəndli isə ərazidən qaçıb.
Qaçan şəxsin tutulması barədə axtarışlar davam etdirilir.