Türkiyənin Kocaeli adlanan ərazisində S.Ş adlı şəxs boşanmaq üçün məhkəməyə müraciət edən həyat yoldaşını öldürməklə hədələyib.
32gun.az xəbər verir ki, S.Ş adlı şəxs silahlı halda, marketə yollanan həyat yoldaşının qarşısını kəsib. Suriya əsilli qadın isə həmin anları mobil telefonu ilə lentə alıb.
Tanınmaması məqsədilə maskadan istifadə edən şəxs hədə ilə kifayətlənməyərək qadını təkidlə maşına mindirmək istəyib.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və S.Ş barəsində istintaq başladılıb.
Aysel Şirinova