Türkiyənin məşhur jurnalistlərindən olan Esin Övet həkim təcrübəsizliyinin qurbanı olub.
32gun.az xəbər verir ki, jurnalistə qaş qaldırmaq və göz qapağı prosedurları tətbiq edilib. 2 gün xəstəxanada qalan Övet ayıldıqda gözlərində yanma hiss etdiyini bildirib.
O həmçinin sol gözünün tamamilə görmə qabiliyyətini itirdiyini sağ gözündə isə sanki şüşə qalıqlarının olduğunu deyib.
Həkimlər isə əməliyyat zamanı qadının sol gözünün açıq qaldğını sağ gözünə isə kimyəvi maddə qaçdığını bəyan ediblər.
Qeyd edək ki, bir müddət sonra qadının sağ gözü 70-80% görməsini bərpa edib. Digər gözü isə hələ də görmür. Başına gələn hadisədən sonra məhkəməyə müraciət edən jurnalist "Bu cür əməliyyatları estetik həkimlərinə etdirməməyinizi tövsiyə edirəm",-deyə bildirib.
Aysel Şirinova