Türkiyə "Çellencer Kuboku"da adını yarımfinala yazdırıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki,
Kişi Voleybol Milli Komandası FIVB Challenger Kubokunun 1/4 finalında Dominikan Respublikasına 3-1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ və Liqalar üzrə vitse-prezidenti Ahmet Göksu matçı tribunadan izləyiblər.
Komanda sabah saat 16.00-da yarımfinalda Çini 3:1 hesabı ilə məğlub edən Ukrayna ilə qarşılaşacaq.Turniri çempion kimi başa vuran ölkə 2024-cü ildə Voleybol Millətlər Liqasına vəsiqə qazanacaq.
Ayxan