EKONOMİKS ÖZ XƏBƏR

DSX-nin yarımmilyonluq tenderini udan Gülnarə Heydəri bu dəfə Mərkəzi Neftçilər Xəstəxanası ilə anlaşır - 133 min manatlıq nasos və pompalar üçün

Mərkəzi Neftçilər Xəstəxanasının  "Qazanxana və istilik sistemləri üçün avadanlıqların və ehtiyyat hissələrin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi Gülnarə Nadir Qızı Heydəri adlı fizili şəxs olub. Tərəflər arasında  132.400,7 AZN-lik müqavilə imzalanacaq.

Müqaviləyə əsasən xəstəxana Yangın Nasosu, Hidrofor seti üçün pompa, Elektrik qaynaqlı polad boru, Pompa su yumsaltama üçün, Siyirtmə qaz xətti üçün , və s ilə təmin olunmalıdır.

Xatırladaq ki, Gülnarə Heydəri bir müddət öncə Dövlət Sərhəd Xidmətindən  450 min manatlıq tender udması ilə gündəm olmuşdu.

Ayxan

Oxşar Xəbərlər