EKONOMİKS ÖZ XƏBƏR

Gənclər və İdman Nazirliyi bu şirkətə 914 min manat köçürəcək - Masa, oturacaq, içəmi su və internet üçün...

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "21-24 sentyabr 2023-cü il tarixlərində “Gənclər Festivalı”nın keçirilməsi ilə əlaqədar malların və xidmətlərin satın alınması" lə bağı elan etdiyi tender başa çatıb. 

32gun.az xəbər veirr ki, tenderin qalibi “Srunners” MMC olub. Şirkətlə 914.251,02 AZN məbləğində müqavilə imzalanacaq. 

Tenderə əsasən qalib şirkət nazirliyi Ofis konteynerləri, Qida və satış konteynerləri, Anbar konteynerləri, Gigiyenik vasitələr, Əyləncə və tədbir çadırları, Səs sitemi, Masa, skanner, Oturacq, içməli su, intenrnet xidməti və.s ilə təmin etməlidir. 

Bildirək ki, nizamanmə kaitalı 20 AZN olan "Srunner" MMC-nin qanuni təmsilçisi CƏMİL ƏLİYEV FİLMAN OĞLUdur. 

Ayxan 

Oxşar Xəbərlər