İDMAN ÖZ XƏBƏR

“Arsenal” onunla müqaviləni uzatdı

İngiltərə Premyer Liqa komandalarından olan "Arsenal" 24 yaşlı norveçli yarımmüdafiəçi Martin Odeqardla müqaviləni 2028-ci il iyunun 30-dək uzadıb. 
32gun.az xəbər verir ki, imzalandıqdan sonra klubun rəsmi saytına açıqlama verən Odegaard "Bu klubda özümü evdəki kimi hiss edirəm" deyib. 
Qeyd edək ki, 2020/2021 mövsümünün fasiləsində "Real Madrid"dən 37 milyon avroya transfer olunan Odegaard indiyədək "Arsenal"ın heyətində 112 rəsmi matçda 27 qol vurub və 15 məhsuldar ötürmə edib.

Ayxan

Oxşar Xəbərlər