FIVB Millətlər Liqası və Avropa çempionu olaraq dünya sıralamasında 1-ci yerə yüksələn Milli Qadın Voleybol Komandasının çempionluq fotoşəkili olan bayraqlar Boğazdakı körpülərə asılıb.
32gun.az xəbər verie ki, bu barədə Türkiyə Voleybol Federasiyasından məlumat verilib.
Federasiyadan verilən açıqlamada, "Cümhuriyyətimizin 100-cü ilində Millətlər Liqası və Avropa çempionu olaraq dünyanın 1 nömrəsi olan Qadın Milli Voleybol Komandamızın bayrağı Boğazdakı körpülərə asıldı. '2 Kubok 1 Çempion' sözləri ilə Filenin Sultanları bayrağı 15 İyul Şəhidləri körpüsü, Fatih Sultan Mehmet Körpüsü və Yavuz Sultan Səlim Körpüsü dalğalanır".
Ayxan