"Qarabağ" səfərdə qalib gəldi, Qurbanov texniki zonadan qovuldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
32gun.az xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.
Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
2-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 11-ci dəqiqədə Nəriman Axundzadə "köhlən atlar"ın ikinci qolunu vurub. Qonaqların heyətində Kevin Medina 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 75-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Lukas Afriko fərqi azaldıb.
Qurban Qurbanov baş məşqçi karyerasında ilk dəfə bu görüşdə qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. Sonuncu sıradakı "Qəbələ"nin 4 xalı var.