EKONOMİKS ÖZ XƏBƏR

ADNSU 71 min AZN-lik tenderinin qalibi bəlli oldu

Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Universitetin tədris və təlim infrastrukturunu gücləndirməklə bərpa olunan enerji sahəsində ikili diplomlu magistr proqramının fəaliyyətinə dəstək verilməsi məqsədilə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ayrılmış qrant vəsaiti hesabına bərpa olunan enerji laboratoriyasının qurulması üçün “Maşın və avadanlıqlar”ın satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb

32gun.az xəbər verir ki, tenderin qalibi "CASPİAN SUPPLİES AZE" MMC olub.

Tərəflər arasında 70.800 AZN müqavilə imzalanacaq.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Caspian Supplies AZE” MMC 8 sentyabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 115, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Vahabov Tariyel Tofiq oğludur. Tariyel Vahabovdan əvvəl şirkətin qanuni təmsilçisi Cümşüdov Zakir Cəlal oğlu olub. Tariyel Vahabov onu 2017-ci ildə əvəzləyib.

Xatırladaq ki, İyul ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub. 

Ayxan

Oxşar Xəbərlər